Saytımızı qiymətləndirin


 
 

Siyavuş Novruzov: “Prezidentin dünənki çıxışından dərs çıxaranlar işləyəcək, çıxarmayanlar əvvəlkilərin taleyini yaşayacaq”
Tarix: 07-08-2020 | Saat: 11:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

“İşsizliyin aradan qaldırılması üçün ölkə prezidenti və hökumət kifayət qədər addım atıb”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” qqanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, keçmiş də yaddan çıxarılmamalıdır: “Azərbaycanda yol, işıq anlayışı yox idi. Qazdan, ümumiyyətlə, söhbət gedə bilməzdi. İndi isə 3 kənddə qaz yoxdursa, biz artıq onun davasını edirik. Azərbaycanda 95%-dən çox qazlaşma var. Heç sovet hökuməti dövründə belə şey yox idi. Əvvəllər olan silahlı, qudur dəstələr bu gün yoxdur. Bu gün isə biz azad, demokratik ölkədə yaşayırıq. Müəyyən problemlər var. Bu da normaldır. Guya ABŞ-da bu gün problem yoxdur? Orda da gündə kimsə kimisə öldürür, sərbəst toplaşmaq azadlığı pozulur. Təbii ki, nöqsanlar var və biz onları aradan qaldırmalıyıq. Bununla yanaşı, görülən işləri də deməliyik. Bu gün regionlar, rayonlarla şəhərlər arasında fərqi heç kim hiss etmir. Çünki abadlıq işləri davam etdirilir. Hər rayonda da yeni istehsal müəssisələri və iş yerlərinin açılmasını görürük. Dünənki çıxışında da ölkə Prezidenti bununla bağlı fikirlərini söylədi. Təbii ki, kim dərs götürəcəksə, işləyəcək. Götürməyənlər, əvvəlkilərin taleyini yaşayacaq”.

S. Novruzov qeyd edib ki, bu gün əsas şərt ölkənin təhlükəsizliyi və müdafiəsidir: “Bu gün Azərbaycanın səsi hər yerdən eşidilir. Azərbaycanı gözü götürməyən qüvvələrə qarşı hamımız mübarizə aparmalıyıq”.

Siyavuş Novruzov: “Prezidentin dünənki çıxışından dərs çıxaranlar işləyəcək, çıxarmayanlar əvvəlkilərin taleyini yaşayacaq”



Xəbəri paylaş

472 dəfə oxunub.

Digər xəbərlər
26-03-2020, 10:41 Neft yenidən bahalaşdı