Saytımızı qiymətləndirin


 
 

“Bakı İsrailin İrana zərbə üçün öz hava limanından istifadəsinə icazə verməyəcək” –SƏFİR MUXTAR MƏMMƏDOV
Tarix: 13-03-2023 | Saat: 12:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın Tel-Əvivdəki səfiri Muxtar Məmmədov İsrailin “Haaretz”qəzetinin İrana mümkün hücum qərarı veriləcəyi təqdirdə İsrailə yardım məqsədilə Azərbaycanın aerodrom hazırlaması və ya İsrailin “Mossad” kəşfiyyat xidmətinə İranda baş verənlərə nəzarət etmək üçün Azərbaycanda filial yaratmaqla bağlı məqaləni təkzib edib.

M.Məmmədov İsrailin “The Jerasalem Post” nəşrində dərc olunan müsahibəsində bəyan edib ki, İrana mümkün hücum zamanı İsrailin Müdafiə Ordusuna Azərbaycandan yanacaqdoldurma bazası kimiistifadə edilməsinə icazə verilməyəcək.

“Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyəcək və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək”.

Səfir eyni zamanda bu ayın əvvəlində“Haaretz”qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbərini təkzib edib. “Çünki biz başqa ölkələrin daxili işlərimizə müdaxilə etməyəcəyini gözləyirik“, – deyə M.Məmmədov bildirib.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər