Saytımızı qiymətləndirin


 
 

Türkiyədə karantin yenidən bərpa olundu
Tarix: 07-08-2020 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədə karantin tədbirləri yenidən tətbiq edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilir ki, bu gün saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 kənd daxil olmaqla ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, ölkədə koronavirus epidemiyası zamanı bu günə qədər 68 əyalət, 5 rayon (3 rayon və 2 rayon mərkəzi), 24 şəhər, 354 kənd, 352 məhəllə və 53 yaşayış məntəqəsi daxil olmaqla ümumilikdə 788 yaşayış məntəqəsində 623 766 nəfərə karantin tətbiq edilib.

Xatırladaq ki, Türkiyədə karantin rejimi iyulun 1-dən etibarən ləğv olunmuşdu. Ölkədə karantin rejiminin ləğvinə qədər gündəlik yoluxma sayı 1000-dən aşağı düşsə də son günlər də bu göstərici yenidən 1000-i keçmişdi. Mütəxəssislər xüsusilə Qurban bayramı ərəfəsində yaşanan toplu yığışma hallarının yoluxma sayının daha da artmasına yol açacağını proqnozlaşdırır.

Türkiyədə karantin yenidən bərpa olundu



Xəbəri paylaş

389 dəfə oxunub.

Digər xəbərlər