Saytımızı qiymətləndirin


 
 

Həyat yoldaşı zəlzələdə öldü, onu Abdullah Gül ilə səhv saldılar
Tarix: 10-03-2023 | Saat: 17:19
Bölmə:Karusel / Region | çapa göndər

Həyat yoldaşı zəlzələdə öldü, onu Abdullah Gül ilə səhv saldılar

 

"Abdullah Gülün tibb bacısı olan həyat yoldaşı Asiya xanım zəlzələ vaxtı yardımçı binada növbədə idi. Xəstəxana çökdü. Asiya Gül daxil, 8-i tibb bacısı olmaqla, 72 nəfər həyatını itirib".

 

Qarabaginfo.az xəbər verir ki, bunu türkiyəli jurnalist İsmail Saymaz Hatay tədris və araşdırma xəstəxanasında zəlzələ zamanı baş verənlərlə bağlı məqaləsində yazıb.

 

Oxucuların böyük qismi Türkiyənin sabiq prezidenti Abdullah Gülün həyat yoldaşının həyatını itirdiyini zənn etsə də, sonradan burada ad oxşarlığının olduğu üzə çıxıb. Belə ki, yazıda xəstəxanada tibb qardaşı kimi çalışan Hatay sakini Abdullah Güldən və onunla eyni xəstəxanada tibb bacısı işləyən həyat yoldaşı Asiya Güldən söhbət gedib.

 

Eks-prezident Abdullah Gül ilə adaş olan şəxsin həyat yoldaşının adı Asiya olsa da, siyasətçinin xanımının adı Hayrunnisadır.(modern.az)

 

 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər