Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq
Tarix: 13-09-2019 | Saat: 14:47
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda İLK:Qidalar bu texnologiya ilə yoxlanılacaq (FOTO)

Azərbaycanda ilk dəfə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında qablaşdırma materiallarına miqrasiya edən taksikoloji maddələrin miqdarının təyini, uşaq qidalarının, eləcə də qida məhsullarının tərkibində naməlum və ya kənar maddələrin identifikası üçün müasir texnologiyalar tətbiq edilməyə başlanılıb.

Qarabaginfo "Unikal.org"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTİ-nin Keyfiyyətə Nəzarət Şöbəsinin əməkdaşı Aysel Cəlilova bildirib. O, əlavə edib ki, artıq bu texnologiyanın tətbiqinə başlanılıb:

"Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 6 bölmədən ibarətdir. Bu bölmələrdə istifadə edilən müasir avadanlıqlar qida məhsullarının, baytarlıq preparatlarının, aqrokimyəvi maddələrin, qida əlavələrinin və qablaşdırılma materiallarının qısa zamanda müayinəsini həyata keçirməyə imkan verir."

 

  • Azərbaycanda İLK:Qidalar bu texnologiya ilə yoxlanılacaq (FOTO)
  • Azərbaycanda İLK:Qidalar bu texnologiya ilə yoxlanılacaq (FOTO)
  • Azərbaycanda İLK:Qidalar bu texnologiya ilə yoxlanılacaq (FOTO)


Xəbəri paylaş

505 dəfə oxunub.

Digər xəbərlər