Zəngəzurun Qafan-Noraşen avtomobil yolunda ağır yol qəzası baş verib.

Qarabaginfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Aparadzor kəndinin ərazisində məktəbliləri daşıyan avtobus dərəyə aşıb. 

Qəzaya səbəb nəqliyyat vasitəsinin naməlum şəraitdə hərəkət zolağından çıxması olub. 

Məlumata görə, 15-dən çox yaralı xəstəxanaya çatdırılıb.