Saytımızı qiymətləndirin


 
 

BMT ofisi Hadrutdan qaçan ermənilərin tələbini RƏDD EDİB
Tarix: 14-07-2022 | Saat: 12:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Qarabağdakı 44 günlük müharibə zamanı Hadrutdan qaçmış mülki ermənilər bu gün yenidən İrəvanda – hökumət binası önündə etiraz aksiyası keçiriblər.

 Qarabaginfo.az xəbər verir ki, onların əsas tələbi qaçqın statusu almaq olub.


Qeyd edək ki, 44 günlük müharibədən sonra Hadrutdan qaçan ermənilər vaxtaşırı İrəvanda etiraz aksiyaları keçirərək Ermənistan hakimiyyətindən onlara qaçqın statusu verilməsini istəyiblər.


Amma məsələ burasındadır ki, bu şəxslər Ermənistan pasportlarına malikdirlər və ona görə də qaçqın statusu almaq üçün müəyyən edilmiş meyarlara cavab vermirlər. Bunu Ermənistan hökuməti də bildiyindən müvafiq addım ata bilmir.
 

Elə BMT-nin Ermənistandakı ofisindən də onlara şikayət edən ermənilərə “gedin problemlərinizi Ermənistan hakimiyyəti həll etsin” deyilib.(modern.az)



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər