Saytımızı qiymətləndirin


 
 

Putin niyə Ukraynaya raket hücumu əmri verib? - SƏBƏB
Tarix: 10-03-2023 | Saat: 10:27
Bölmə:Karusel / Region | çapa göndər

Putin niyə Ukraynaya raket hücumu əmri verib? - SƏBƏB

 

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiyanın dünən Ukraynaya raket zərbələri endirməsinin məntiqini anlamağa çalışıb.

 

Qarabaginfo.az xəbər verir ki, ISW-nin hesabatında martın 9-da Ukraynanın kütləvi atəşə tutulmasının 2023-cü ildə Rusiyanın ən böyük hava hücumu olduğu qeyd edilib.

 

"Lakin bu, real hərbi fayda gətirmədi. Bəs bunun edilməsinin səbəbi nə idi?", - deyə sual edən institut Rusiya prezidenti Vladimir Putinin məqsədlərini araşdırıb.

 

"Putin informasiya məkanında nüfuzunu artırmaq, həm də Rusiya cəmiyyətini "əyləndirmək" üçün bu addımı atıb. Kreml belə raketlərin ehtiyatının azalmasına baxmayaraq, Rusiyanın informasiya məkanında nəticə əldə etmək üçün Ukrayna hava hücumundan müdafiə sistemlərinin qarşısını ala bilməyəcəyi sayda raketləri qəsdən buraxıb”, - ISW analitikləri belə qənaətə gəlib.

 

Qeyd edək ki, dünən Lvov və Kiyev başda olmaqla, Ukraynanın böyük şəhərlərinə kütləvi raket zərbələri endirilib. Dağıntılar və dinc sakinlərin həyatını itirməsi faktları qeydə alınıb.(Putin)



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər