Saytımızı qiymətləndirin


 
 

“Rusiyadan S-400-lər almağa ehtiyacımız yoxdur”- İranlı nazir
Tarix: 06-03-2023 | Saat: 13:54
Bölmə:Karusel / Region | çapa göndər

“İranın hazırda Rusiyadan S-400 zenit-raket komplekslərini almağa ehtiyac yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin müdafiə və maddi-texniki təchizat naziri Məhəmməd Rza Aştiyani deyib.

Onun sözlərinə görə, İran lazımi müdafiə silahları ehtiyatına sahibdir.

“Müdafiə silahları ilə özümüzü təmin edə bilirik. Rusiya münasibətlərimizi yüksək səviyyədə saxladığımız ölkələrdən biridir. Amma İranın hazırda Rusiyadan S-400 zenit-raket komplekslərini almağa ehtiyac yoxdur. Ehtiyac yarananda bunu edəcəyik”, – nazir qeyd edib.

Ötən həftə “Bloomberg” İsrail və ABŞ-dakı mənbələrə istinadən yazmışdı ki, İran Rusiyadan S-400-ləri almağa çalışır. İsrail bunu Tehranın nüvə obyektlərinə potensial zərbələr üçün maneə kimi qiymətləndirir.(azpost.info)



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər