Sabah Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Vaan Hunanyan "Facebook"da paylaşım edib. 

"Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının üzvləri noyabrın 3-də  Brüsseldə keçiriləcək sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasında iştirak edəcəklər", - deyə o, bildirib.