Saytımızı qiymətləndirin


 
 

"Bryanskdakı müəmmalı insident və “FSB”... Putinə nə lazımdır?..."- “Azadlıq” radiosu
Tarix: 06-03-2023 | Saat: 11:44
Bölmə:Karusel / Region | çapa göndər

"Çətin ki, Rusiya prezidenti “idarə olunan xaos” və müharibənin onu dövlət başçısı etdiyi vaxtı unudub..."
 
Rusiya Təhlükəsizlik Şurasının iclasında Vladimir Putin yenidən terrorla mübarizənin vacibliyindən danışıb. Maraqlıdır ki, əvvəlcə bu görüş fövqəladə hal kimi - Bryansk vilayətində müəmmalı insidentlə bağlı xəbərlərdən sonra gözlənilən idi. Bununla belə, Kremlin sözçüsü Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasının planlaşdırıldığı vaxtda keçiriləcəyini bildirib. Nə deyək, belə çıxır ki, Putin terrorla Bryansk vilayətindən əvvəl də mübarizəyə hazırlaşırmış?” – 
 
Qarabaginfo.az xəbər verir ki, sovet və Ukrayna jurnalist, nasir və siyasi icmalçısı Vitali Portnikov "Azadlıq" radiosunun rus bürosuna təqdim etdiyi analitik məqaləsində belə yazır.
 
Belə bir üst-üstə düşmədə, təbii ki, gözlənilməz heç nə yoxdur. Rusiya çekistləri xaosun əsl ustasıdır. Onlara məhz belə ziddiyyətli və anlaşılmaz situasiyalar yaratmaq bacarığı ilə  məhz belə “nəzarət olunan xaos”  yaratmaq öyrədilir ki, bu, sadə  dillə desək “sabitliyin pozulması” adlandırılır. Amma bir dəqiqə... Biz çox yaxşı başa düşürük ki, Vladimir Putin və onun ətrafı nə üçün Ukraynada və ya Moldovada sabitliyin pozulmasına ehtiyac duyur. Ancaq Rusiyada deyil!..
 
Niyə Rusiyada olmasın? Kreml əmin ola bilər ki, Rusiyada “nəzarət olunan xaos” hakimiyyətin möhkəmlənməsinə və əhalinin ölkə rəhbərliyinin siyasi məqsədlərini dəstəkləmək istəyinin artırılmasına xidmət edə bilər. Çeçen müharibələri zamanı Rusiya "FSB"-si məhz belə hərəkət edirdi. Axı, güclü toqquşma olacağı fikri Rusiya cəmiyyətində çox populyar deyildi.
 
Terror aktları Rusiya ictimai rəyini dəyişdi... Sovet İttifaqı özünün uzunmüddətli müxalifləri zorla yatırmaq təcrübəsi yenicə ilə yoxa çıxmışdı. Sovet güc və təhlükəsizlik qüvvələrinin Tiflisdə, Bakıda, Vilnüsdə törətdiyi əməllər hələ də yaddaşlarda qalırdı. Sovet hərbçilərinin Gürcüstanın paytaxtında nümayişçiləri “istehkamçı kürəkləri”(“sapyor lapatkaları”-S.L.) ilə döyməsi Moskvada deputat qurultaylarının tribunasından müzakirə edilir və ümumi hiddətə səbəb olurdu. Bu təcrübəyə qayıdış keçmişə qayıdış kimi qəbul edilirdi…
 
" “FSB" Rusiyanı içəridən sarsıdır”
 
Terror aktları Rusiya ictimai rəyini dəyişib. İndi dialoqa, problemlərin sülh yolu ilə həllinə, Qroznı ilə Moskva arasında münasibətləri tənzimləyə biləcək hüquqi yollar axtarmağa çağıranlar marginal olub. 
 
Tanınmış hüquq müdafiəçisi, insan haqları komissarı Sergey Kovalyov Çeçenistanın mülki əhalisinin, - yeri gəlmişkən, Rusiya regionunun - müdafiəsinə qalxmağa cəhd etdikdən sonra istefaya getməyə məcbur olub.
 
 
Rusiya güc strukturlarının cəmiyyətə təsiri hər gün artırdı. Və 1999-cu il dekabrın 31-də, yeni minillik ərəfəsində prezident Boris Yeltsin artıq rəsmi olaraq hakimiyyəti Rusiya "FSB"-nin keçmiş rəhbəri, baş nazir Vladimir Putinə vermişdi. Bu qərardan bir neçə ay əvvəl Moskva, Buynaksk və Volqodonskda çoxmənzilli binalar partladılmışdı.
 
Daha sonra çekistlər tərəfindən sonradan öldürülən keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko və tarixçi Yuri Felştinski bu dövr haqqında “ "FSB" Rusiyanı içəridən dağıdır” adlı kitab yazacaqdılar.
 
Bu partlayışların siyasi nəticələrini bir neçə sözlə izah etsək, ruslar sadəcə olaraq “möhkəm əl”, nizam-intizam və terrorizimn məhv edilməsini istəyirdilər. Moskvadakı partlayışlar isə yenidənqurmadan sonra demokratiyanın və dəyişikliyin əsas qalası sayılan şəhərin əhval-ruhiyyəsini dəyişdi. Putin 2000-ci il prezident seçkilərində demək olar ki, hər yerdə qalib gəldi, onun artıq alternativi yox idi...
 
Çətin ki, Rusiya prezidenti “idarə olunan xaosu” və müharibənin onu dövlət başçısı etdiyi vaxtları unudub...
 
İndi Putinin başqa məqsədi var; ruslar nəinki müharibəyə dözsün, həm də onu dəstəkləsin, Ukrayna ilə müharibənin alternativinin tüğyan edən terror olduğuna inansınlar... Ona görə də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə söhbət heç də terrorla necə davranmaq barədə söhbət deyil. Bunu Putin Rusiyasının tarixi sübut edir...
 
Tərcümə və təqdim etdi: Sultan Laçın
(Moderator.az)


Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər