Saytımızı qiymətləndirin


 
 

Kərkükdə türkməncənin məhdudlaşdırılması qərarı ləğv edilib
Tarix: 02-03-2023 | Saat: 15:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kərkükdə türkməncənin məhdudlaşdırılması qərarı ləğv edilib

 

İraqın Baş naziri Kərkükdə türkməncənin məhdudlaşdırılması qərarını ləğv edib.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nasir Məmmədov özünün "Twitter" hesabında məlumat yayıb.

 

"İraqın Baş naziri Kərkükdə türkcənin məhdudlaşdırılması qərarını ləğv edib və Kərkükün inzibati sərhədləri daxilində dövlət yazışmalarında türkcənin rəsmi dil kimi istifadə edilməsinə dair göstəriş verib”, - o qeyd edib.

 

"Anadolu" agentliyinin məlumatına görə, İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani Kərkükdə rəsmi yazışmalarda ərəb və kürd dillərindən əlavə türkmənlərin ana dili olan türkməncənin də istifadə edilməsinə göstəriş verib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl İraq Nazirlər Şurası Kərkükdə türkmən dilinin rəsmi istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edib. Türkiyə Xarici İşlər Nazirliyi qərarı pisləyən bəyanat yayıb.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər