Tarix: 08-11-2022 | Saat: 13:46
Bölmə:Karusel | çapa göndər
Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Gürcüstanda apardığı araşdırmanın nəticəsinə görə, vətəndaşların əksəriyyəti siyasi və iqtisadi tərəfdaşlar kimi Avropa İttifaqını (48-51 faiz), ABŞ-ı (43-47 faiz), Ukrayna və Türkiyəni (16-28 faiz) gördüyünü bildirib.
Qarabaginfo.az xəbər veriri ki, sorğunun nəticələrindəı Rusiya Gürcüstan üçün təhlükə hesab olunur. Gürcülərin 80-89 faizi Rusiyanı siyasi və ya iqtisadi təhlükə, yalnız 7 faizi siyasi tərəfdaş, 15 faizi isə iqtisadi tərəfdaş hesab edir.
Sorğunun nəticəsinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün iqtisadi və siyasi tərəfdaşlar hesab olunurlar (onlar ilk onluğa daxildirlər), lakin aparıcı siyasi və iqtisadi tərəfdaşlar hesab edilmir.
Tədqiqat göstərir ki, Gürcüstanda cəmiyyət ümumiyyətlə Qərb yönümlüdür. Bundan başqa, qonşularımızın Ukraynaya dəstəyi kifayət qədər yüksəkdir. Gürcülərin 24 faizi Ukraynanı Gürcüstanın siyasi, 19 faizi isə iqtisadi tərəfdaşı hesab edir.
Digər xəbərlər