Nazirin şirkəti “BakuBus”u məhkəməyə verdi - Sığorta öhdəlikləri pozulub
Tarix: 28-02-2023 | Saat: 17:02
Bölmə:Karusel | çapa göndər
1245 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-02-2023 | Saat: 17:02
Bölmə:Karusel | çapa göndər

Bakı Nəqliyyat Agentliyinin (BNA) nəzdində fəaliyyət göstərən "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Azsığorta” Açıq Səhmdar Cəmiyyətidir (ASC). İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
İşin mahiyyəti barədə məlumatlar məhduddur. İddialara görə, məhkəmə çəkişməsinin səbəbi sığorta öhdəliklərinin pozulması ilə bağlıdır. "Bakubus” MMC üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə "Azsığorta” ASC məhkəməyə müraciət etməli olub.
"Bakubus” MMC 2014-cü ildə yaradılıb. Əvvəlcə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən MMC 2018-ci ildə BNA-nın tabeliyinə verilib.
"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
İddialara görə, şirkətin qeyri-rəsmi sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.(yenisabah.az)
Xəbəri paylaş
Digər xəbərlər
7-04-2026, 15:33
İstanbulda İsrail konsulluğunun yaxınlığında atışma
31-01-2025, 10:36
SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri –"QAİ" postunda dayanan əcnəbi maşınlar /FOTOLAR/
3-07-2021, 08:20
Son sutkada Braziliyada 1857 insan koronavirusdan ölüb
6-04-2021, 19:20
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
5-05-2021, 12:44
Həkim: "Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır"
17-03-2020, 16:48
DYP Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə əlaqədar açıqlama yaydı
14-10-2026, 11:48
Aprelin 1-dən kartdan karta köçürülmələrdə komissiya tutulacaq - Rəsmi
28-01-2022, 12:11
Onlayn nəzirlərə kim nəzarət edəcək, hara xərclənəcək... - Şeyxin deputat qardaşından AÇIQLAMA
5-10-2020, 17:57
Diplomatik mənbə: Rusiyanın baş naziri Mişustin İrəvanda səfərdədir


















