Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov Vardanyandan danışdı
Tarix: 24-02-2023 | Saat: 17:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov Vardanyandan danışdı

Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın “vəzifə”sindən azad olunmasına münasibət bildirib.

Qarabaginfo.az APA-ya istinadla xəbər verir ki, o, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışıb.

Nazir deyib: "Özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz.

Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur".

XİN başçısı əlavə edib ki, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman bunun Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcəyi dəfələrlə deyilib: "Belə olanda həmin ərazidə yaşayan vətəndaşlara şamil olmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb".



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər