Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunmalıdır.
Qarabaginfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
“Artıq Tibbi-Sosial Ekspert Komissiyalarını ləğv etməyin vaxtı çoxdan çatıb. Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırıb həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Bu sahədə islahatların aparılması vacibdir”, - deyə deputat vurğulayıb.