Saytımızı qiymətləndirin


 
 

XİN başçısı: Türkiyə Rusiyanın sanksiyalardan yan keçməsinə icazə verməyəcək
Tarix: 20-02-2023 | Saat: 12:58
Bölmə:Karusel | çapa göndər

 

XİN başçısı: Türkiyə Rusiyanın sanksiyalardan yan keçməsinə icazə verməyəcək

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, biz ümumilikdə təktərəfli sanksiyalara qoşulmuruq. Ancaq Türkiyə olaraq BMT-nin addımlarını dəstəkləyirik.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə mətbuat konfransında deyib.

"Biz ölkənin (Rusiya-red.) sanksiyalardan yan keçməsinə icazə verməyəcəyimizi əvvəldən bildirmişdik və bu xətti də izləyirik. Bu məsələni diqqətə alırıq və müəyyən tədbirlər də görmüşük. Biz Türkiyə üzərindən Rusiyaya ixraca icazə vermirik. Bildirirlər ki, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsi artıb, ancaq qeyd etməliyəm bunun 60 faizdən çox qaz və enerjidir. Rusiyanın müdafiə sənayesində istifadə olunacaq elektron materialların bizim tərəfimizdən Rusiyaya ixracı ilə bağlı xəbərlər doğru deyil. Biz artıq neçə dəfə bəyan etmişik ki, bununla bağlı sənədlər sübutlar varsa bizə təqdim etsinlər. Bu qayda pozularsa və bunla bağlı sübutlar olarsa, biz də hökumət olaraq lazımı addımlara atacağıq", - o bildirib.



Xəbəri paylaş

92 dəfə oxunub.

Digər xəbərlər