Saytımızı qiymətləndirin


 
 

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı
Tarix: 24-06-2021 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Qarabaginfo.az-a bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Xidmətin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

 

Çıxışda Azərbaycan Res­publika­sının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvə­lərimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində Böyük Qələ­bənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğur­la icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq sal­namələri yazdıqları vurğu­lanıb.

 

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhəd­lərimizin iş­ğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə baş­lanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunmuş, görülən işlər çərçi­vəsində növbəti hər­bi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sər­həd müha­fi­zə­sinə ali döv­ləti diqqətin daha bir təzahürü olması bildirilib.

 

Vətən Müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapda­ğından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi şərəfini daşıyan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəh­bərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunub.

 

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

 

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

 

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və xatirə foto­şəkilləri çəkilib.

 

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında və­zifəli şəxslərin məruzələri dinlənilmiş, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilib.

 

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılmış, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.



Xəbəri paylaş

353 dəfə oxunub.

Digər xəbərlər