Saytımızı qiymətləndirin


 
 

Xadimə işlədiyi evdən 38 min manatlıq oğurluq etdi
Tarix: 17-02-2023 | Saat: 13:41
Bölmə:Karusel | çapa göndər

Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - AZƏRTAC 

Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38.750 manat pulun qeyri-aşkar şəritdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Qarabaginfo.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən cari il fevralın 14-nə dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub. 

 

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

 

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər
15-06-2022, 12:29 Prezident fərman imzaladı