Saytımızı qiymətləndirin


 
 

Bakı-Quba yolundakı qəzada ölənlərin sayı 3-ə çatıb
Tarix: 17-02-2023 | Saat: 09:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakı-Quba yolundakı qəzada ölənlərin sayı 3-ə çatıb - YENİLƏNİB-1

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

Qarabaginfo.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.

Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.

09:19

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Qarabaginfo.az verilən xəbərə görə, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

 



Xəbəri paylaş

1101 dəfə oxunub.

Digər xəbərlər