Tarix: 03-08-2020 | Saat: 16:24
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
-həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:
8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;
-nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;
-ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
-muzey və sərgi zallarının fəaliyyəti;
-bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);
-açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq.
Digər xəbərlər