Ana Sayfa > Karusel / Cəmiyyət > Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb
Sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda tətbiq olunacaq məhdudiyyətlər açıqlanıb3-08-2020, 16:24. Yazar: Admin |
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. -həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti: 8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək; 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək; 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək; 29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək; -nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti; -ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər; -muzey və sərgi zallarının fəaliyyəti; -bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla); -açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarnda sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq. Geri dön |