Qarabaginfo.az xəbər verir ki, sözügedən malikanənin sahibi Bəxtiyar adlı şəxs 4 mərtəbəli lüks villasını nə az, nə çox 6 500 000 manata satır.
1500 kv.m metrlik 8 otaqlı villanın 45 sot həyətyanı sahəsi var.
Bağ evində idman zalı, sauna, cakkuzi, hovuz, içki barı, bütün avadanlıqlarla təmin olunmuş 40 nəfərlik disko-klub, 50 nəfərlik banket zalı, şüşə qaraj, avtoyuma da var. Mərtəbələr arasında gediş-gəliş şüşə liftlə təmin olunub.
Villada dünya şöhrətli rəssam və heykəltaraşların əsərləri, həmçinin onların sertifikatları var.
Elanda qeyd olunduğuna görə, həyətyanı sahədə yerləşən şəlalədəki heykəl 200 000 dollar dəyərindədir.
Satıcı 6,5 milyon dəyərindəki villanı alacaq olan şəxsə cüzi endirim edəcəyini də bildirib.
Qeyd edək ki, illər öncə villası ilə bağlı müsahibə verən Bəxtiyar adlı şəxs evinə 2 milyon pul xərclədiyini bildirmişdi:
“Hərbi mühəndis olmuşam. Bir çox xarici ölkələrdə gəzmişəm. Xaricdə bəyəndiklərimi götürmüşəm, burada tətbiq etmişəm. Bizim ev klassik bir bağdır. 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplamışam. Əyri işlə məşğul olan biri deyiləm. Gör nə qədər yüksək təqaüd alıram ki, bu bağı tikəm. Evin qiymətini deyə bilmərəm. 1-2 milyon xərcləmişəm, nə puldur ki?”.(Yenisabah.az)