"Report"un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, hazırda mütəxəssislər, memarlar bununla bağlı təkliflər hazırlayır: "Bir sözlə, proses başlayıb. Bunlardan biri də Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulmasıdır. Hazırda memarlar təkliflərini hazırlayır, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".