Tarix: 13-02-2023 | Saat: 16:28
Bölmə:Karusel / Dünya | çapa göndər
Çin və Rusiya NATO müttəfiqlərinə qarşı kəşfiyyat və izləməni gücləndirir, biz bunu müxtəlif platformalarda görürük.
Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
“Sabah NATO müdafiə nazirlərinin görüşündə müzakirə edəcəyimiz mövzulardan biri də alyansın müttəfiqlərinin kosmosda daha çox əməkdaşlıq etməsi məsələsi olacaq. Biz müttəfiqlər olaraq kəşfiyyat məlumatlarının bölünməsi imkanlarını müzakirə edəcəyik”, - NATO Baş katibi qeyd edib.
O, ABŞ-da aşkarlanan Çinə məxsus hava şarından da danışıb: “Keçən həftə ABŞ-da gördük ki, bu, Çin və Rusiyanın əməliyyatlarının bir hissəsidir. Bu, müttəfiqlərimiz arasında daha çox sayıqlıq və kəşfiyyat mübadiləsi tələb edir”.
Digər xəbərlər