Tarix: 06-07-2023 | Saat: 12:40
Bölmə:Karusel / Siyasət | çapa göndər
İyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Respublikasının üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində dəyirmi masa keçirilib.
Qarabaginfo.az xəbər verir ki, Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis və Futuna, Solomon adalarının nümayəndələri çıxış ediblər.
Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyiblər.
Natiqlər Fransanın xaricdəki müstəmləkələrində vəziyyətin icmalını təqdim ediblər, ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
İştirakçılar müstəmləkə altında olan xalqların üzləşdiyi problemlərin müzakirəsi üçün belə bir tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan tərəfinə təşəkkür ediblər.
İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər. Sonda yekun bəyannamə qəbul edilib.
Digər xəbərlər