Saytımızı qiymətləndirin


 
 

ÜST: Daha bir epidemiya yayıla bilər
Tarix: 14-04-2020 | Saat: 17:01
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.

Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.  “Report”



Xəbəri paylaş

403 dəfə oxunub.

Digər xəbərlər