Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ÜST: Daha bir epidemiya yayıla bilər
Ana Sayfa > Karusel / Dünya > ÜST: Daha bir epidemiya yayıla bilər

ÜST: Daha bir epidemiya yayıla bilər


14-04-2020, 17:01. Yazar: Admin

 

Cənubi Sudanda sarı qızdırma epidemiyası alovlana bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

Məlumata görə, Uqanda ilə sərhəd bölgədə yerləşən Kajokeji şəhərində 2 nəfərdə sarı qızdırmaya rast gəlinib.

Bildirilib ki, bölgədəki səhiyyə sisteminin zəifliyi və müşahidə mexanizminin olmaması epidemiyanın böyüməsinə səbəb ola bilər.

Qeyd edək ki, xəstəliyin endemik ocağı Afrika hesab edilir. ÜST-nin məlumatına görə, bu xəstəliyə ildə 200 minədək insan yoluxur, onlardan 30 mini ölür.  “Report”


Geri dön