Saytımızı qiymətləndirin


 
 

Gürcüstanı Saakaşvilinin dövrünə qaytarmaq istəyirdilər, alınmadı - Lavrov
Tarix: 02-02-2023 | Saat: 12:35
Bölmə:Karusel | çapa göndər

Gürcüstanı Saakaşvilinin dövrünə qaytarmaq istəyirdilər, alınmadı - Lavrov

 

"Qərb Ukraynadakı vəziyyətlə bağlı inkişaf etməkdə olan ölkələrin neytrallığına hörmət etməlidir".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib.

 

"Fevralın 24-də Ukraynanın təşəbbüsü ilə hazırlanan "sülh sammiti" anti-Rusiya xarakteri daşıyır. Biz ildönümü üçün "hesabat" hazırlayırıq. Burada, o cümlədən Ukraynadakı ABŞ laboratoriyalarının fəaliyyəti haqqında məlumatlar olacaq. ABŞ-ın dünyada hegemonluğunu necə əldə etdiyini izah etməliyik. Onlar "sövdələşmə" edəndə əvəzində heç nə təklif etmirlər. Deyirlər ki, ya bizim istədiyimizi edərsən, ya da səni cəzalandırarıq. Qərb Rusiyaya elə bir məğlubiyyət yaşatmağa çalışır ki, o, onilliklər ərzində özünə gəlməsin", - nazir söyləyib.

 

"Moldova Ukraynanın roluna göz dikib. Sandu Moldova və Rumıniyanın birləşməsinə hazırdır və o, həm də NATO-ya üzv olmaq arzusundadır. Gürcüstanı da Qərbdə yeni anti-Rusiya hesab edirdilər, ölkəni Saakaşvilinin aqressiv dövrünə qaytarmaq istəyirdilər, amma alınmadı", - deyə Lavrov bəyan edib.



Xəbəri paylaş

98 dəfə oxunub.

Digər xəbərlər
14-12-2021, 17:03 Peyvənd olunanların SAYI