Saytımızı qiymətləndirin


 
 

35 yaşlı kişi polisin saxlama məntəqəsində öldü
Tarix: 01-02-2023 | Saat: 10:00
Bölmə:Karusel | çapa göndər

35 yaşlı kişi polisin saxlama məntəqəsində öldü

Polisin saxlama məntəqəsində saxlanılan şəxs vəfat edib.

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, 35 yaşlı Aslan Məmmədovun səhhəti qəfil pisləşib. Ona saxlanma məntəqəsində ilkin tibbi yardım göstərilib. Bütün tibbi müdaxilələrə baxmayaraq, o xəstəxanaya aparılarkən ölüb.

Qeyd edək ki, A.Məmmədov bir müddət öncə İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə təqsirli bilinərək iki ay müddətə inzibati həbs olunub. O, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs həyatı yaşayıb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

 

 



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər