Saytımızı qiymətləndirin


 
 

Prays: “İrəvanla Bakı arasında birbaşa dialoq olmalıdır“
Tarix: 25-01-2023 | Saat: 11:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prays: “İrəvanla Bakı arasında birbaşa dialoq olmalıdır“

“Biz danışıqlar yolu ilə irəliləməyə inanırıq və davamlı sülhü dəstəkləməyə sadiqik”.

Qarabaginfo.az VOA-ya istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə bu yaxınlarda apardığı telefon danışıqları ilə bağlı jurnalistin sualına cavab olaraq deyib: "ABŞ Dövlət Departamenti İrəvanla Bakı arasında birbaşa dialoqun bərpasına ümid edir və bunun tərəflər çoxdan razılaşmadığı məsələlərin həllinə gətirib çıxaracağına inanır".

“Bu dialoq vasitəsilə biz davamlı sülhə nail olmağın mümkün olacağına ümid edirik. Ermənistan və Azərbaycanla birbaşa danışıqları davam etdiririk. Bunu həm ikitərəfli əsasda, həm tərəfdaşlarımızla, həm də çoxtərəfli təşkilatlar vasitəsilə edirik. Bu kifayət qədər kəskin problemlərin həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə N. Prays əlavə edib.(Yenisabah.az)



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər