Saytımızı qiymətləndirin


 
 

Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb 
Tarix: 27-07-2020 | Saat: 18:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb - YENİLƏNİB - FOTO

“Bəhram Bağırzadənin vəziyyəti stabildir. Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayıb.

 

Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.

 

O bildirib ki, B. Bağırzadə bu gün xəstəxanadan evə yazılıb.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.



Xəbəri paylaş

388 dəfə oxunub.

Digər xəbərlər