Saytımızı qiymətləndirin


 
 

Rusların yay hücumu uğursuz olsa, Rusiya dağılacaq
Tarix: 22-01-2023 | Saat: 14:08
Bölmə:Karusel / Manşet | çapa göndər

Donetsk və Luqansk vilayətlərini ağır və həlledici döyüşlər gözləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat idarəsinin rəsmisi Vadim Skibitski deyib.

“Müharibədə yaz və yazın əvvəli həlledici olacaq. Rusiyanın bu dəfə planlaşdırdığı böyük hücumu uğursuz alınarsa, bu, Rusiya və Putinin dağılması olacaq. Yaz və yayın əvvəli bitəndə, bəlkə də müharibənin başa çatması haqqında danışmağa başlaya bilərik. Hələ birinci mərhələni - yaz və yayın əvvəlini keçməliyik. Bu müharibənin nəyə apardığını görürük: Rusiya hərbi rəhbərliyini dəyişdi, səfərbərliyin birinci mərhələsi başa çatdı, rus ordusu qruplaşmanı yenidən həyata keçirdi. Bizim qiymətləndirməmizə görə, Rusiya ordusunun əsas fəaliyyəti Donetsk və Luqansk istiqamətlərində olacaq”, - Skibitski bildirib.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər