Tarix: 22-04-2022 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, indiki Amerika rəhbərliyinə dünyada hörmət edilmir və ondan heç kim qorxmur.
Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbə verir ki, Tramp bunu dünya tarixinin ən təhlükəli məqamı adlandırıb.
"Hazırda, mənim fikrimcə, ölkəmizin tarixində ən təhlükəli dövrdür. Dünyamız heç vaxt bu qədər təhlükə ilə üzləşməmişdi", - deyə Tramp hər il keçirilən "Heritage Foundation" tədbirində bildirib.
Siyasətçinin fikrincə, dünya silahların təsiri ilə təhlükə altına düşüb.
ABŞ-ın keçmiş prezidentinin sözlərinə görə, onun administrasiyası postda olsaydı Rusiya Ukraynada xüsusi əməliyyat keçirməzdi.
"Çin artıq bizə hörmət etmir, İran bizdən qorxmur və Rusiya Ukraynadakı hərəkəkətləri ilə liderlərimizin nə qədər zəif olduğunu göstərdi", - deyə Tramp söyləyib.(Apa)
Digər xəbərlər