Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX - FSB) bioloji mövzularda kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən ABŞ vətəndaşını həbs edib.
"Interfax"a istinadla xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 276-cı (Casusluq) maddəsi ilə cinayət işi açılıb.
FSB-nin məlumatında qeyd edilir ki, “amerikalı Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş bioloji mövzular üzrə kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinir”.