Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda startap məktəbi fəaliyyətə başlayacaq
Tarix: 16-01-2023 | Saat: 16:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Startup School will soon be in session at Y Combinator | TechCrunch

Bu il Azərbaycanda startap məktəbinin ("StartUp School") fəaliyyətə başlaması nəzərdə tutulur.

Qarabaginfo.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun 2022-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfrasında bildirib.

“Ötən il bizim enterpriseazerbaijan.com portalı ABŞ-ın Nevada Universiteti ilə anlaşma memorandumu imzalayıb. “StartUp Scholl” məhz bu sənəd çərçivəsində və İsrail-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə fəaliyyətə başlayacaq. Bu, təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionu üçün nəzərdə tutulmuş layihədir, region ölkələrindən startapçıların təlimlərə qoşulmasına şərait yaradacaq", - deyə o qeyd edib.

İİTKM rəhbəri onu da əlavə edib ki, adıçəkilən portal ötən il də “Azərbaycan Beynəlxalq Bankı” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə startaplara bir sıra aktivlər təqdim edib.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər