Tarix: 17-02-2021 | Saat: 10:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın yerli telekanallardan birinə verdiyi müsahibənin ikinci hissəsi yayımlanıb.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Nikol Paşinyan hakimiyyətinin davranışını kəskin tənqid edib.
“Əgər sən (Paşinyan) Tavuşda əməliyyat keçirirsənsə və bu sonra rəqibin sənə ilk hücum etdiyini deyirsənsə, Rusiya kimi ölkələr sənin açıqlamandan öncə hər şeyi bilirlər. Müttəfiqini aldatmaqla sən etibarını itirirsən”-deyə Sarkisyan faktiki olaraq, rəsmi Yerevanın həmin təxribata görə məsuliyyət daşıdığını etiraf edib.
Serj Sarkisyan sonuncu Qarabağ müharibəsi zamanı Ermənistanın “İsgəndər” raketlərini gec tətbiq etdiklərini söyləyib.
“”İsgəndər” raketləri müharibənin 4-cü günündə, Azərbaycanın cəbhənin müxtəlif istiqamətlərində çoxlu qüvvə topladığı zaman tətbiq etmək lazım idi. Raket məhz bunun üçün nəzərdə tutulmuşdu. Məndə dəqiq məlmat var ki, “İsgəndər” raketləri müharibənin sonuncu mərhələsində, Şuşa istiqamətində tətbiq olunub”.
Onun fikrincə, Ermənistan rəhbərliyi Azərbaycanın cavab zərbələrindən qorxduğu üçün “İsgəndər” raketlərini ilk vaxtlar tətbiq etməyib.
“Uzaq mənzilli raketlərlə Azərbaycanın neft-qaz infrastrukturunun nə üçün vurulmadığını hələ də anlamıram. Bu cə digər məsələlər mənim üçün sir olaraq qalır”.
Serj Sarkisyan daha heç bir dövlət postunu tutmayacağını və bundan sonra yalnız məsləhərçi kimi fəaliyyət göstərə biləcəyini əlavə edib.
Modern.az
Digər xəbərlər