Saytımızı qiymətləndirin


 
 

Agentlik daha 5 peşə ixtisası üzrə sertifikat verəcək
Tarix: 07-04-2022 | Saat: 18:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində bir neçə ixtisaslar üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün sertifikat əldə etmək üçün şans yaradır.

Qarabaginfo.az-ın məlumatına görə, həmin ixtisaslar “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Elektrik qaz qaynaqçısı”, “Bağban-dekorator”, “Baytar texniki”dir.

Bu ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

İmtahanlardan uğurla keçən ərizəçilərə peşə ixtisasının müvafiq modulu üzrə bilik və bacarıqları təsdiq edən sənəd - sertifikat təqdim ediləcək. Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün 

keçiddən

 istifadə edə və imtahanlarda iştirak etmək üçün 

qeydiyyatdan

 keçə bilərlər.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər