Tarix: 27-09-2022 | Saat: 23:07
Bölmə:Karusel | çapa göndər
Ombudsman Səbinə Əliyevanın Strasburqda rəsmi şəxslərlə görüşləri davam edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Səfər çərçivəsində Ombudsman Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan Ombudsmanının mandatı ilə bağlı geniş məlumat verilib. Son illərdə təsisatda informasiya əldə etmək hüququnun, uşaq hüquqları və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar şöbə və sektorların yaradıldığı nəzərə çatdırılıb, bu struktur vahidlərinin funksiyaları barədə məlumat verilib. Gender bərabərliyi və qadın hüquqlarının təmininin də diqqətdə saxlanıldığı, ali məktəblərdə bu sahədə tədris aparıldığı qeyd olunub.
AŞPA-nın Baş katibinə Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə ətraflı məlumat verilib. Başçəkmələrdə aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinq olunduğu da diqqətə çatdırılıb.
Çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib. S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb.
Görüş çərçivəsində D.Çatzivasiliu ilə müxtəlif mövzularla bağlı müzakirə aparılıb.
Digər xəbərlər