Qarabaginfo.az TASS-a istinadla xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev bildirib.
O deyib: "Təəssüf ki, belə məlumatlar var".
Lebedevin sözlərinə görə, MDB ölkələrində vəziyyətin sabitliyini pozmağa yönəlmiş bu cəhdlər “aşkardır və gizli deyil”.
Bundan əlavə, Birliyin baş katibi MDB-nin hələ uzun illər davam edəcəyinə əminliyini ifadə edib. Bunun səbəblərini o, MDB ölkələrinin bir-biri ilə sıx qarşılıqlı əlaqədə olarkən “yan-yana yaşamağa məhkum” qonşu olmalarını adlandırıb.
Lebedevin fikrincə, Ukraynanın MDB ilə əlaqələrini məhdudlaşdırması nə birlik, nə də ölkənin özü üçün yaxşı heç nəyə gətirib çıxarmır.(Yenisabah.az)