Rusiya "Koreya ssenarisi" üzrə müharibə istəyir, Ukrayna isə buna imkan verməyəcək...
Tarix: 12-01-2023 | Saat: 12:14
Bölmə:Karusel / Region | çapa göndər
1143 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-01-2023 | Saat: 12:14
Bölmə:Karusel / Region | çapa göndər
"Bizə üzdəniraq "38-ci paralel" Koreya variantı təklif edilir və bu, Rusiyanın siyasi məğlubiyyətinin yumşaq Qərb mövqeyidir..."
"Bu ssenariyə görə, Ukraynada nasist rejimi qalacaq və bundan sonra da Rusiyaya ciddi təhlükə törədəcək..."
"Rusiyalılar döyüş meydanında tükənib və ciddi problemləri var, dünyanın sanksiya təzyiqi altındadır..."
"Ukrayna üçün müvəqqəti sülh qəbuledilməzdir və ölkənin ərazi bütövlüyündən vaz keçilməyəcək..."
Rusiya Cənubi və Şimali Koreya nümunəsində cəbhədə yaranan hansısa "sərhədləri" qeydə almaqla Ukraynaya sülhü zorla qəbul etdirməyə cəhd göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib.
"Hazırda bizə Koreya variantı təklif edilir. Üzdəniraq şərti "38-ci paralel". Bax, burada belə ukraynalılar var, burada isə başqa ukraynalılar var. Rusiyalılar indi nə istəsən düşünəcək. Dəqiq bilirəm ki, onların bizə təklif edəcəyi variantlardan biri "38-ci paraleldır", - o, bəyan edib.
Bu barədə həm də hərbi ekspertlər, o cümlədən hərbi politoloq və hərbi elmlər doktoru Konstantin Sivkov deyir. Lakin Sivkov iddia edir ki, Ukraynanı "Rusiyanın nəzarət etdiyi" və "Qərbin nəzarət etdiyi" hissələrə bölməyi Qərb ölkələri təklif edir. Onun sözlərinə görə, bu, "Rusiyanın siyasi məğlubiyyətinin yumşaq Qərb mövqeyidir".
Çünki başlıcası- Ukraynada nasist rejimi qalacaq və bundan sonra da Rusiya Federasiyasına ciddi təhlükə törədəcək", - o, "Voyennoye delo" ("Hərb işi") nəşrinə deyib.
Ukrayna tərəfi təkid edir ki, "Koreya ssenarisi" Rusiyanın düşündüyüdür və bu variant, döyüş əməliyyatları zonasında vəziyyəti nəzərə alsaq, Rusiya üçün ən yaxşısı olardı.
Beynəlxalq perspektiv tədqiqatlar mərkəzinin eksperti, politoloq İqor Petrenkonun sözlərinə görə, rusuiyalılar döyüş meydanında tükənib, ciddi logistik, təşkilati, istehsalat problemləri var, həmçinin, bütün dünyanın sanksiya təzyiqi altındadır.
"Onlar anlayır ki, səfərbərlik iflasa uğrayır, atəşləri davam etmək üçün silah çatışmır, İran və Şimali Koreyadan başqa müttəfiqlıri yoxdur. Yəni onilliklərlə Rusiyanın nizama düzdüyü doqquz ay müddətində tükənib. Ona görə də rusiyalılara qoşunlarını toplamaq, raket ehtiyyatlarını yeniləmək, yenidən qruplaşmaq və s. üçün taktiki fasilə lazımdır", - Petrenko hesab edir.
O, qeyd edib ki, "müvəqqəti sülh" Ukrayna üçün qəbuledilməzdir. "Bu məsələ tərəfdaşlarımız tərəfindən artıq bəyan edilib. Biz eşidirik ki, Türkiyə də, ABŞ da, Böyük Britaniya da Ukraynanın ərazi bütövlüyündən danışır...Bundan başqa, Ukrayna bütün səviyyələrdə beynəlxalq tərəfdaşlarına çatdırır ki, Rusiya müharibənin bu mərhələsində dayanmayacaq", politoloq "УНИАН" аgentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, əlbəttə, Rusiya terroru davam etməyə və hətta Belarusu müharibəyə cəlb etməyə cəhd edəcək, lakin Rusiyanın hərbi üstünlük qazanması üçün getdikcə daha az alətləri qalır. "Bu o deməkdir ki, növbəti mərhələdə Rusiyanın faktiki olaraq bütün cəbhələrdə parlaq məğlubiyyəti baş verməldir", - ukraynalı politoloq buna əmindir.(moderator.az)
//news.liga.net/politics/news/rf-hochet-navyazat-ukraine-koreyskiy-stsenariy-o-kotorom-sami-koreytsy-sojaleyut-danilov
Xəbəri paylaş
Digər xəbərlər
15-03-2022, 12:03
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
28-10-2021, 07:55
Türkiyə və ABŞ müdafiə nazirlərinin telefon söhbəti olub
27-07-2020, 18:36
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
15-09-2023, 15:27
Azərbaycan separatçılara qarşı əməliyyata başlasa, ABŞ nə edəcək...
24-09-2024, 13:38
Bakı-Sumqayıt qatarlarında gedişhaqqı bu qədər ARTIRILIR
23-10-2024, 13:17
Rusiya tanklar üçün döyüş sursatlarının istehsalını 30 dəfə artırıb
29-03-2023, 13:42
XİN Ceyhun Bayramov və Eli Kohenin görüşünə dair məlumat yayıb
19-10-2023, 11:49
Azərbaycan qadınlarının xidmətləri misilsizdir - İlham Əliyev