Saytımızı qiymətləndirin


 
 

Hande Harmancı: "Hökumətə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verməmişik"
Tarix: 15-07-2021 | Saat: 12:56
Bölmə:Karusel / Sosial / Səhiyyə | çapa göndər

Dr. Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi təyin edilib | United Nations in Azerbaijan

 

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusun “Delta” ştammının aşkarlanmasından sonra təmsil etdiyi qurumun Azərbaycan hökumətinə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verib-vermədiyini açıqlayıb.

Qarabaqinfo.az-nın xəbərinə görə, H. Harmancı jurnalistlərə açıqlamasında bildirib ki, vacib olan peyvənd vurdurmaq, gigiyenik qaydalara əməl etmək və qapalı, insan çox olan məkanlarda maska taxmaqdır: “Onun xaricində hökumətə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verməmişik. Bu məsələlərlə bağlı Operativ Qərargah qərar verir. Önəmli olan koronavirusa yoluxma sayları artdıqca insanların da qorunma üsullarını gücləndirməsidir. Hər kəs nə etmək lazım olduğunu bilir. Bunları etsək, özümüzü qoruya bilərik. İndi “Delta” gəlib, ardınca başqa bir ştamm gələcək. Bunlar gəlməyə davam edəcək. Bütün dünyada peyvəndləmə faizi yüksəyə çatana qədər özümüzü ancaq belə qoruya bilərik”.

 

 



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər