Saytımızı qiymətləndirin


 
 

Rusların avtomobil karvanı Xankəndidən Laçına keçdi
Tarix: 12-01-2023 | Saat: 11:41
Bölmə:Karusel | çapa göndər

Rusların avtomobil karvanı Xankəndidən Laçına keçdi

 

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.

 

Qarabaginfo.az xəbər verir ki, 13 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.



Xəbəri paylaş

85 dəfə oxunub.

Digər xəbərlər