Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın may planı - MHP də seçkinin tez keçirilməsini istəyir 
Tarix: 09-01-2023 | Saat: 16:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğanın may planı - MHP də seçkinin tez keçirilməsini istəyir 

 

“Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin mayda keçirilməsi ilə bağlı fikirlərini dəstəkləyirəm və buna  müsbət yanaşıram”


Qarabaginfo.az bunu Modern.az-a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan (MHP) deputatı Kamil Aydın  prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı hakim partiyanın mövqeyinə münasibət bildirərkən deyib.

 

“Cənab Prezidentin seçkinin mayda keçirilə biləcəyi ilə bağlı fikrini müsbət qarşılayıram. Ancaq seçkinin mayda olması onun nəticəsinə təsir göstərməyəcək”, - deyə MHP təmsilçisi vurğulayıb.


Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə çıxışı zamanı seçkilərin bu ilin iyun ayında deyil, mayda keçiriləcəyini istisna etməyib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan deyib. Onun fikirləri Türkiyə müxalifəti tərəfindən birmənalı qarşılanmayıb.

 

Daha əvvəl prezident seçkilərinin iyunun 18-də keçiriləcəyi açıqlanmışdı.

 

Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkiyə “Cümhur ittifaqı”nda qoşulacaqlar.



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər