“Heç yerdə deməmişəm ki, evə ərzağı nisyə alıram” - Deputat
Tarix: 09-01-2023 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
1221 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-01-2023 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub. Məsələn, belə sitatlardan birində deyilir:
"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".
Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb.
O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb:
"Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".
Xəbəri paylaş
Digər xəbərlər
24-11-2021, 07:15
Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək
3-02-2022, 00:32
Putin və Conson telefonla danışıblar
26-01-2021, 21:07
Bayden and içərək prezident kimi fəaliyyətə başladı
10-04-2026, 16:02
Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq
3-08-2026, 17:53
Ermənistan Prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
26-12-2025, 15:46
Rus ordusu Kosovtsevonu işğal etdi
18-03-2021, 23:16
“Azərxalça”nın yeni sədri kimdir… - DOSYE
9-02-2021, 16:25
Rektoru çıxarılan akademiyada yeni kadr təyinatı olub
27-08-2020, 11:54
Gələn həftədən dərslər başlayır - Bakıda















