Saytımızı qiymətləndirin


 
 

Vaşinqton Tehrana qarşı sanksiyaları qismən ləğv edəcək
Tarix: 02-02-2022 | Saat: 21:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vaşinqton Tehrana qarşı sanksiyaları qismən ləğv edəcək

“ABŞ tərəfi indiyədək İrana qarşı sanksiyaların yalnız bir hissəsinin götürülməsinə razılıq verib, lakin Vyanada davam edən danışıqlar prosesi nüvə sazişi üzrə qarşılıqlı faydalı razılaşmaya ümid verir”.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Məmud Abbaszadə Meşkini deyib. 

"Müsbət və perspektivli danışıqlar prosesinə baxmayaraq, hələ də müzakirə edilməli və razılaşdırılmalı olan mühüm məsələlər var. Təbii ki, İranın bütün sanksiyaları ləğv etmək hüququ var, lakin bu günə qədər qarşı tərəf onların yalnız bəzilərini aradan qaldırmağa razılaşıb”, - Meşkini bildirib.

Qeyd edək ki, hazırda Vyanada Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün danışıqlar raundu aparılır.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər