Saytımızı qiymətləndirin


 
 

Yeni Ombudsmanın seçilməsi məsələsi təxirə salınıb
Tarix: 04-12-2017 | Saat: 15:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) seçilməsi ilə bağlı məsələ bu sessiyada da müzakirəyə çıxarılmayacaq.

 

APA-nın məlumatına görə, Ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb.

 

Qərar layihəsinin gələn il müzakirəyə çıxarılacağı gözlənilir.

 

Qeyd edək ki, Azərbaycanında hazırda insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovadır.

 

Onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Yeni Ombudsmanın seçilməsi ilə bağlı layihənin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilirdi.

 

Yeni Ombudsman seçilməsi ilə bağlı məsələ təxirə düşdüyündən Elmira Süleymanova fəaliyyətini davam etdirir. O, iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. 

 



Xəbəri paylaş

611 dəfə oxunub.

Digər xəbərlər
2-03-2021, 10:14 Neft ucuzlaşdı