Saytımızı qiymətləndirin


 
 

Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu - FOTO
Tarix: 14-02-2024 | Saat: 11:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postu - FOTO - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribata cavab olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də “Qisas” əməliyyatı keçirib.

DSX-nın keçirdiyi əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Qarabaginfo.az Azərbaycan sərhədçilərinin şərti sərhəddə darmadağın etdiyi erməni postunun görüntüsünü təqdim edir.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.

Ermənistan tərəfi 4 hərbçisinin öldüyü, birinin yaralandığı barədə məlumat yayıb.

Müşahidələrdən aydın olur ki, Azərbaycan sərhədçilərinin darmadağın etdiyi erməni postunda xidmət hələ də bərpa edilməyib.

Əlavə edək ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində DSX-nın əsgəri yaralanıb, vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

 



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər