Saytımızı qiymətləndirin


 
 

İran şirkətləri Azərbaycanda tikinti layihələrində iştirak edəcək
Tarix: 10-03-2022 | Saat: 23:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran şirkətləri Azərbaycanda tikinti layihələrində iştirak edəcək

İran və Azərbaycan müştərək iqtisadi komissiyası iki ölkə arasında yeniliklərin açılması üçün bir imkandır.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müvini Mehdi Səfəri deyib.

 

M.Səfəri Azərbaycanın İranın xarici siysətindəki yeri və əhəmiyyətindən danışıb və qeyd edib ki, Tehran - Bakı arasında yenidən birbaşa hava reyslərinin açılması üçün çalışmaların aparılması sevindiricidir.

"15-ci Azərbaycan və İran müştərək iqtisadi komissiyanın iclasının indi keçirilməsi hər iki ölkə üçün dəyərli bir imkandır. İki ölkə bu imkanlardan istifadə edərək müxtəlif sahələrdə əldə etdikləri sazişləri icra edə bilərlər. Bu sazişlər əsasən nəqliyyat, tranzit, dəmir yolu, dəniz və hava yolları, məhsulların mübadiləsi, texniki və mühəndislik xidmətləri, turizm, kənd təsərrüfatı və bir çox sahələri əhatə edir. Bu komissiyanın icalsı Tehran - Bakı arasında iqtisadi münasibətlərdə yeni bir fəsil açır".

M.Səfəri Azərbaycanda bir neçə tikinti layihəsinin İran şirkətləri tərəfindən həyata keçirilməsi üçün lazimi icazə alındığını deyib və qeyd edib ki, İran şitkətlərinin tikinti sahəsində çox geniş potensialı və imkanları var.

Bu şirkətlər daha çox layihələrdə iştirak edə bilərlər.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər