Saytımızı qiymətləndirin


 
 

Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb
Tarix: 04-01-2023 | Saat: 21:56
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna kəşfiyyatı yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırıldığını açıqlayıb

Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.

Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.

O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.



Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər
8-06-2024, 10:50 Faktiki hava açıqlanıb
7-08-2023, 17:09 Dəniz yenə can aldı